AZ

Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları 10-11 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Kata çempionatında iştirak edəcək.



Komanda.az xəbər verir ki, 20 ölkədən 306 idmançının iştirak edəcəyi yarışda Azərbaycan böyüklər arasımda 6 idmançı ilə təmsil olunacaq.



Cüdoçular “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.



Kata çempionatının ilkin yarışları 10 iyunda başlayacaq, finallar isə 11 iyunda keçiriləcək.



Qeyd edək ki, Azərbaycan cüdoçuları 12-14 iyunda Sarayevoda baş tutacaq Kodokan seminarında iştirak edəcək.



“Nage-no-Kata”Malik Alahverdiyev – tori (hücum edən idmançı)Samir İsmayılov – uke (hücum edilən idmançı)İsmayıl Rzayev – toriİbrahim Aslanov – uke



“Katame-no-Kata”Rafiq Nəcəfov – toriƏmrah Əhmədov – uke.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərcüdo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
13
komanda.az

10Mənbələr