Ötən ay ərzində 8 540 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, dünyaya gələn uşaqların 3 884 nəfəri qız, 4 656 nəfəri isə oğlandır.