Ermənistanda seçkilər elan ediləndə Paşinyan Robert Köçəryanı və Serj Sarkisyanı həbs edərək, Azərbaycana təhvil verəcək.
Bu barədə erməni diplomat, keçmiş səfir Edqar Qazaryan deyib.
Qazaryan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Xocalıya görə üzr istəməsini gündəmə gətirib: “Əliyev Köçəryanı və Sarkisyanı dəfələrlə Xocalı qatili adlandırıb. Köçəryan və Sarkisyan birinci Qarabağ müharibəsində aktiv şəkildə iştirak ediblər. Bu şəxslərin cəzalandırılması Əliyevin gündəmindədir. Aydın görünür ki, Xocalıda baş verənlər müharibə cinayəti elan ediləcək və Azərbaycan günahkarları tələb edəcək. Paşinyan da böyük məmnuniyyətlə onları həbs edib Əliyevə təhvil verəcək”.
Erməni diplomat hesab edir ki, müxalifət növbədənkənar və ya xüsusi seçkilər elan edəndə həbslər başlayacaq. Həbs olunanlar arasında Köçəryan və Sarkisyan da olacaq. /Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta