AZ

Müəllimlərin NƏZƏRİNƏ: apellyasiya müraciətlərinin qəbulu başlayır

8 iyun tarixində təşkil olunan təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlər 13 iyun saat 11:00-a qədər qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Seçilən
78
2
tehsil.biz

9Mənbələr