AZ

Daxili Qoşunların 47 yaşlı polkovniki qəfil vəfat etdi

DİN-in Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.

Anons.az “Unikal”a istinadən xəbər verir ki, o, ürəktutmadan vəfat edib.

Bildirilib ki, 1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Qeyd edək ki, mərhum polkovnikin iyun ayının 24-də 47 yaşı olacaqdı.

Seçilən
97
32
anons.az

10Mənbələr