AZ

Daxili siyasətSədr müavini: Dini müstəvidə Azərbaycana qarşı təhdidlər bir an belə səngimir

Dini müstəvidə Azərbaycana qarşı təhdidlər bir an belə səngimir.

"Far.Az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, istər müsəlman ölkələri, eləcə də bəzi xristian, yəni Qərb ölkələri tərəfindən bu təhdidlər görülür:

"Dinin siyasiləşdirilməsi formatında, məzhəbçiliyin təbliğatı formatında biz bunu görürük. Din öz mahiyyətindən uzaqlaşdırılaraq alətə, vasitəyə çevriləndə, maraqların icrasına yönələndə əlbəttə ki, din təhlükəli meyara çevrilir".

Sədr müavini vurğulayıb ki, bu təhdidlərə qarşı həm maarifləndirmə, həm də hüquqi müstəvidə tədbirlər görülür:

"Dövlətin dini icma və konfessiyalara qayğısı göz önündədir. Bütün bunların əsasında deyə bilərik ki, Azərbaycanda dini durum tam sabitdir. Amma bir an belə arxayınlaşmaq olmaz. Çünki təhdidlər ciddi və təhlükəlidir".

"Təhdidlər bəzən açıq, bəzən də qapalı formatda olur. Ona görə bu məsələdə biz həmişə ayıq olmalıyıq. Bu məsələ ictimaiyyətin diqqətində olmalıdır, dövlət də bunu öz nəzarətində saxlayır", - S.Heydərov vurğulayıb.

Seçilən
72
6
far.az

7Mənbələr