AZ

Azərbaycanda məscidlərdə kondisioner sistemi var - Sədr müavini

Azərbaycanda məscidlərdə kondisioner sistemi var və bu yöndə işlər davam etdirilir.

Trend-in məlumatına görə, bu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.

O qeyd edib ki, ən isti havada belə məscidlərin işlərində sərinlik olur:

"Əvvəlki illərdə də insanlar ibadət edib və həmin zamanlarda soyuducu sistemlər olmayıb. Digər tərəfdən, əksəriyyətində kondisioner sistemi var və quraşdırma işləri davam edir. Orada ibadət qısa müddətdə olur, sərinlik də var. İnsanlar həmin müddətdə ibadət edə bilər".

Seçilən
46
10
day.az

10Mənbələr