Azərbaycanda Mental arifmetikaya maraq artıb.Son illərdə Azərbaycanda mental riyaziyyata maraq əhəmiyyətli dərəcədə artıb. Bu metodun uşaqların və böyüklərin riyazi bacarıqlarını inkişaf etdirilməsində rolunu nəzərə alsaq, bu maraq təəccüblü deyil. Mental arifmetika üzrə təlimçi-pedaqoq Pərvanə Kazımzadə Ulusum.az-a açıqlamasında bu hesablama növünün əhəmiyyətindən danışaraq, onun faydalarını izləyicilərimizlə bölüşüb. Mental arifmetikanın əhəmiyyətiPərvanə Kazımzadə mental riyaziyyatın təkcə rəqəmlərlə bağlı əməliyyatların sürətini və dəqiqliyini artırmaqla qalmadığını, həm də beyin fəaliyyətini gücləndirdiyini qeyd edir. Onun sözlərinə görə, mental riyaziyyat beynin hər iki yarımkürəsini aktivləşdirərək yaddaş, diqqət və konsentrasiya qabiliyyətlərini inkişaf etdirir. Bu, təkcə riyaziyyat dərslərində deyil, həm də digər fənlərdə və gündəlik həyatda uğur qazanmaq üçün vacibdir."Mental riyaziyyatın tədris metodları sadə və əyləncəli olduğundan, uşaqlar bu dərsləri sevərək öyrənirlər. Onların özünə inamını artırır və akademik performanslarını yüksəldir. Valideynlər və müəllimlər də bu metodun faydalarını görərək, onu tədris proqramlarına daxil etməyə çalışırlar. Mental riyaziyyat, sadəcə bir tədris metodu deyil, həm də uşaqların düşüncə qabiliyyətlərini genişləndirən və onların problem həll etmə bacarıqlarını artıran bir vasitədir. Bu, uşaqların gələcəkdə daha uğurlu və özünə güvənən fərdlər kimi yetişmələrinə kömək edir", - deyə təlimçi vurğulayıb. Müsahibimizin sözlərinə görə, sözügedən hesablama növü hazırda respublikada hətta məktəbəqədər təhsil sahəsində oxuyan körpələrə də keçirilir ki, bu da onların hələ kiçik yaşlarından sürətli hesablamaya nail olmasını şərtləndirir. Mental riyaziyyatın tədris olunduğu sahələr.1. Məktəbəqədər2. İbtidai sinif hazırlığı - 1-ci, 2-ci, 3-cü, 4-cü siniflər bura daxildir. Bu zaman daha sürətli düşünmə və hesablama qabiliyyətlərinə görə şagirdlər həmyaşıdlarından üstünlüyü ilə seçilirlər. 3. 5-ci sinifdən yuxarı sinif şagirdləri də mental arifmetikaya böyük həvəslə yanaşırlar. 4. Sürətli oxu təlimi. Kitab üzündən oxuya bilməyən hecalayan, cümlə qura bilməyən məktəbəqədər 1-ci və 2-ci siniflər üçün nəzərdə tutulur.6. Vurma cədvəlini əzbərləmədən yadda saxlamaq.Qeyd edək ki, bu hesablama növü dəqiq fənn olan riyaziyyatın daha əyləncəli və effektli üsulla mənimsənilməsinə imkan verir. Aymirə Ağamirova
Diqqət Çəkənlər
Spirtli içki asılılığından qurtulmaq üçün ilk addım!
Evə diqqət ayırmağın zamanıdır
Ağır qəzada xəsarət alanların kimliyi açıqlandı