AZ

Bredli Kuper tanınmaz halda - FOTO

Hollivud aktyoru Bredli Kuper imicini dəyişərək tanınmaz hala düşüb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, saqqal saxlamağa başlayan sənətçi paparassilərin obyektivinə tuş gəlib. 

Aktyor supermodel İrina Şeykdən olan qızı Leya ilə gəzinti zamanı görüntülənib.  

Kuperin bu obrazda görünməsi sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Ulduzun bu dəyişimini model sevgilisi Cici Hadidlə əlaqələndiriblər.   

Qeyd edək ki, Kuper və Hadid ötən payızda görüşməyə başlasalar da lakin sevgili olduqlarını gizlədiblər. Bir müddət sonra isə onlar açıq-aşkar dəfələrlə əl-ələ görüntüləniblər. Cicinin müğənni Zayn Malikdən bir qızı var.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
62
4
milli.az

6Mənbələr