Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenlə görüşüb.
Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, O`Brayen ABŞ-nin Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh sazişinin əldə edilməsinə dəstəyini müzakirə etmək niyyətindədir.
Daşqın HəsənovMissiya.Az