AZ

İKTSGAC Azərbaycanda kosmosun dayanıqlılığını artırılmasına dəstək göstərir

Azərbaycan kosmosda dayanıqlılıq mövzusunu gündəmdə saxlayır.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bu gün keçirilən “Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusuna həsr olunmuş “Space Generation Azerbaijan (SG Azerbaijan)” tədbirində deyib.

"Kosmosda “dayanıqlılıq” termini son vaxtlar kosmik sənayedə diqqət mərkəzindədir. Ümumi qəbul edilmiş tərifi olmasa da, ümumiyyətlə kosmik fəaliyyətlərin nə kosmosa, nə də Yerə mənfi təsir göstərməməsini təmin etmək üçün nəzərdə tutulmuş tədbirləri özündə əhatə edir. Biz də kosmosda dayanıqlılıq mövzusunu gündəmdə saxlayırıq. Misal üçün, peyk idarəetmə fəaliyyətlərimizi koordinasiya edir və toqquşmalardan qaçmaq yolları da daxil olmaqla, kosmik fəaliyyətlərin uzunmüddətli davamlılığı üçün çalışırıq", - deyə o qeyd edib.

Kosmik Nəsil Məşvərət Şurası (SGAC) ilə əməkdaşlıqdan danışan S. Əsədov təşkilatın fəaliyyətinin Azərbaycanda Kosmik Agentliklə birgə yerli təhsil müəssisələri ilə davamlı olması üzrə işlərin aparıldığı diqqətə çatdırıb: "Bu təşkilat bizim cəmiyyətdə kosmos sahəsində maarifləndirməni artırmağımıza, bu sahəyə marağın yaranmasına və nəticə etibarilə ölkəmizin gənclər səviyyəsində daha bir beynəlxalq müstəvidə tanınması üçün yaxşı mənada bir alətdir".

Seçilən
235
far.az

1Mənbələr