AZ

Göyçayda ölümlə nəticələnən avtomobil qəzası baş verib-FOTOLAR

Göyçayda ölümlə nəticələnən dəhşətli ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb. Belə ki, yolun kənarında dayanmış vəziyyətdə olan  Qarabaqqal kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Şahverdiyə məxsus “ZİL” markalı su daşıyan avtomobillə həmin yolda hərəkətdə olan rayonun Bığır kənd sakini, 2002-ci il təvəllüdlü Tahir Cəlilovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomaşın yolun kənarında olan su arxına düşüb. Hadisə nəticəsində VAZ-ın sürücü elə hadisə yerində dünyasını dəyişib.Hazırda faktla bağlı araşdırma aparılır.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
2
regionxeberlericom.az

10Mənbələr