AZ

2024/25 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi

PFL və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan premyer-liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe”dən yararlanacaqlar.

"Football-plus.az" xəbər verir ki, alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verən “Fussballiebe”-nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşı və narıncı rənglər təsvir edilib. Həmçinin Almaniyada baş tutacaq yarışda matçların keçiriləcəyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.

Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdi.

Üst təbəqə sabit və iki qatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir CTR-CORE ilə dəstəklənir.

Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilmiş və sınaqdan keçirilmişdi.

Azərbaycan 1-ci liqasında mübarizə aparan klublar “Adidas” şirkətinin təsis etdiyi “Al Rihla” toplarından istifadə edəcəklər. Bu top Dünya Çempionatları tarixində ekoloji cəhətdən təmiz – su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudu.
Topun xüsusiyyətləri:

CRT-CORE – topun maksimal forma və havasaxlama, zərbə anında yayınma olmayan özəlliklərinə malik, həmçinin hərəkətlərin cəld və dəqiq olması üçün sürəti, dəqiqliyi və sabitliyi təmin edən özəyidir.

SPEEDSHELL — makro və mikro teksturalar, həmçinin səthin basmanaxışlı (basılmış, sıxılmış) olması sayəsində topun uçuş trayektoriyasının dəqiqliyini, stabilliyini, həmçinin yayınmaları yaxşılaşdıran astar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
6
football-plus.az

8Mənbələr