AZ

Joze Mourinyo “Fənərbaxça” üçün tarixləri açıqladı

Türkiyə Superliqasında 2023-24 mövsümünü ikinci pillədə başa vuran “Fənərbaxça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayıraraq Joze Mourinyonu təyin edib.

Offsideplus.az xəbər verir ki, Mourinyonun rəhbərlik etdiyi “Fənərbaxça”nın 2024-25 mövsümü hazırlıqlarına başlayacağı tarix açıqlanıb. “Sarı-lacıvert”lər 22 iyunda bir araya gələcəklər.

İstanbul təmsilçisi 2-13 iyul tarixləri arasında Avstriyanın Qraz şəhərində düşərgə keçirəcək. Onlar burada 4 yoldaşlıq oyunu keçirəcək. 7 futbolçu daha sonra komandaya qoşulacaq. Mert Müldür, Ferdi Kadıoğlu, İsmail Yüksek, İrfan Can Kahveci, Livakoviç, Tadiç və Şimanski Avro-2024 üçün milli komandalarında yer alırlar.

Qeyd edək ki, Türkiyə Superliqasında yeni mövsümə avqustun 9-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
19
7times.az

10Mənbələr