AZ

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə daxil edilmiş yüklülük məlumatlarının sayı 250 mini ötüb

Daşınar

Bakı, 11 iyun, AZƏRTAC

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə daxil edilmiş yüklülük məlumatlarının sayı 250 mini keçib.

AZƏRTAC Mərkəzi Bankın yaydığı məlumata istinadən xəbər verir ki, ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebel, heyvanlar, istehlak malları və avadanlıqlardır.

Qeyd edək ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
4
azertag.az

5Mənbələr