Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını açıqlayıb.
Azpost.info bildirir ki, dünən təkrar sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin ilkin nəticələri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, ilkin nəticələrə əsasən, ölkə üzrə bu il 3424 nəfər ibtidai sinif, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.