AZ

ABŞ islahatların aparılmasında Ermənistana kömək edəcək

Bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O' Brayen İrəvanda keçirilən Ermənistan-Amerika Strateji Dialoqunun iclasında iştirak edib.

Oxu24.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı o, əmin edib ki, Amerika administrasiyası müxtəlif sahələrdə islahatların təşviqində Ermənistan hökumətinə dəstəyini davam etdirəcək.

Paşinyan isə öz növbəsində bu görüşün Ermənistanın paytaxtında keçirilməsinin iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına və möhkəmlənməsinə yeni təkan verəcəyinə əmin olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ Ermənistanda həyata keçirilən demokratik islahatlara ardıcıl yardım göstərir. Ötən gün “Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan İrəvanda keçirilən mitinqdə Ermənistan Milli Assambleyasının müxalifətçi deputatlarının problemi həll etmək üçün respublika parlamentinin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirib. 

Yeganə

Mənbə: Vesti.ru

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
19
oxu24.com

10Mənbələr