AZ

"Yuventus" yeni baş məşqçi ilə anlaşıb

Tyaqo Motta "Yuventus"la müqavilə imzalayıb. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər "2+1" şərti ilə razılıq əldə ediblər.
 
Turin klubunun tezliklə rəsmi açıqlama verməsi gözlənilir. 41 yaşlı mütəxəssis ilə 3,5 milyon avro qazanacaq. O, bu vəzifədə Massimiliano Alleqrini əvəzləyəcək.
 
Qeyd edək ki, Motta "Bolonya" ilə İtaliya A seriyasında 2023/2024 mövsümünü 4-cü pillədə başa vurub. Komanda 60 illik tarixi ərzində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
sport24.az

4Mənbələr