AZ

Avropa çempionatında ən çox bu iki klubun futbolçusu olacaq

Almaniyada keçiriləcək Avro-2024-də "Mançester Siti" və "İnter"in futbolçuları üstünlük təşkil edəcək. Sport24.az xəbər verir ki, hər iki klubu turnirdə 13 futbolçunu təmsil edəcək.
 
İngiltərə təmsilçisinin formasını geyinən Fil Foden, Con Stounz, Kayl Uoker (hamısı İngiltərə), Ruben Dias, Bernardo Silva, Matheus Nunes (hamısı Portuqaliya), Kevin De Brüyne, Ceremi Doku (hər ikisi Belçika) Yoşko Quardiol, Mateo Kovaçiç (hər ikisi Xorvatiya), Rodri (İspaniya), Manuel Akanji (İsveçrə) və Natan Ake (Niderland) Almaniyada keçiriləcək mötəbər turnirə yollanıb. 
 
"İnter"dən isə Nikolo Barella, Alessandro Bastoni, Federiko Dimarko, Davide Frattesi, Matteo Darmian (hamısı İtaliya), Benjamin Pavard, Markus Thuram (hər ikisi Fransa), Hakan Çalhanoğlu (Türkiyə), Denzel Dumfries, Stefan de Vrij (hər ikisi Niderland), Kristian Aslani (Albaniya), Yan Sommer (İsveçrə) və Marko Arnautovic (Avstriya) turnirdə iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
3
sport24.az

7Mənbələr