AZ

İbtidai sinif müəllimləri üçün keçirilən imtahanda cavablandırılmayan sual müzakirələrə səbəb oldu

İbtidai sinif müəllimləri üçün keçirilən sertifikatlaşdırma imtahanı müzakirəyə səbəb olub.
 
Təhsil İnstitutu imtahanda istifadə olunmuş ixtisas suallarını açıqlayıb.
 
Hər sualın yuxarı hissəsində isə yanlış cavablama və ya boş qoyma faizlə qeyd olunub.
 
Bu suallardan biri isə daha çox müzakirələrə səbəb olub. Belə ki, sualın asan olmasına baxmayaraq 1209 müəllim tərəfindən cavablandırılmadığı və ya boş qoyulduğu maraq doğurub.
 
Qeyd edək ki, iyunun 8-də ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib.
 
2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur.
 
Həmin sualı təqdim edirik:
Seçilən
215
22
moderator.az

10Mənbələr