AZ

Əhaliyə ŞAD XƏBƏR – Maaşlar bu tarixdən artacaq

“İqtisadiyyat Nazirliyinin 2023-cü ilinə dair məlumatlarında 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib. Dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən, isə bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır”. 
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib. 
Komitə sədri deyib ki, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılıb, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30 min manat artırılıb. 
Yekun olaraq, DSMF büdcəsinin 2024-cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq 6.949.860 min manat təşkil edəcək. 
Bu proqnoz özünü doğrulda bilərmi? 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, artım illik dinamik formada davam edir: 
“İstənilən artım proqnozu zamanı illik infliyasiya, bahalaşma və digər faktorlar hesablanır. Bunların hamısı rəhbər tutularaq artım prosesi indeksasiya edilir. Bu hər il olur. Dinamik olaraq bu qaydaları qəbul etmişik. Ancaq bunun nə dərəcədə effektiv olub-olmaması başqa mövzudur.  
Hər bir vətəndaşın istehlak səbəti var. Sözügedən artımların bizim istehlak səbətimizə nə dərəcədə təsir edib-etməyəcəyini artıq araşdırmaq lazımdır. Real xərc bazası hesablanmalı və işıqlandırılmalıdır. Elm, texnologiya inkişaf etdikdə vətəndaşların xərci də artır”. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
13
qlobal.net

10Mənbələr