AZ

Kansler elan etdi: Ukraynaya III Patriot göndərilir!

Almaniya tezliklə Ukraynaya üçüncü Patriot sistemini, IRIS-T, Gepard qurğularını, raket və sursatları təhvil verəcək.

Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.

"Hazırda Ukrayna ordusunun ən təxirəsalınmaz ehtiyacı döyüş sursatı, silah, xüsusən də hava hücumundan müdafiə sistemidir. Ona görə də yaxın həftələrdə və aylarda biz Ukraynaya üçüncü Patriot sistemi, IRIS-T qurğusu, “Gepard”lar, raketlər və döyüş sursatları təqdim edəcəyik", - kansler bildirib.

Onun sözlərinə görə, güc və prinsiplərə sadiqlik Putinin diktatura şəklində hərbi qələbənin və sülhün olmayacağını anlaması üçün ilkin şərtdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
2
axar.az

3Mənbələr