İsrail parlamenti Knessetdə keçirilən iclasda girovların yaxınları ifrat sağçı maliyyə naziri Bezalel Smotriçə reaksiya verib.
News24.az xəbər verir ki, Maliyyə Komitəsinin iclası zamanı Smotriç ailələrə “girovların qaytarılması üçün hər cür səy göstərəcəyini, özlərini kütləvi şəkildə öldürməyəcəklərini, dilemma budur” deyib.
AP xəbər agentliyinin məlumatına görə, ailələr bu açıqlamaya dini ifadə ilə cavab verib. “Kim bir can qurtararsa, sanki bütün dünyanı xilas etmiş olar” deyiblər.
Qeyd edək ki, Qəzzada 120-yə yaxın girovun hələ də saxlandığı təxmin edilsə də, onlardan 43-nün həyatını itirdiyi məlumdur. Noyabrda bir həftə davam edən atəşkəs zamanı girovların təxminən yarısı azad edilib.
İsrail hərbçiləri ölənlərdən ən azı 16-nın şəxsiyyətini müəyyənləşdirib, hökumət bildirir.
Sağ qalanların 15-i qadın, ikisi 5 yaşından kiçik uşaq və ikisi 80 yaşlarında olan kişidir.
İsrail ordusu ötən həftə Qəzzada 4 girovu xilas etmək üçün əməliyyat keçirib.
Hücum zamanı girovlar xilas edilərkən, Nuseyrat qaçqın düşərgəsində ən azı 274 fələstinli həyatını itirib.
Günel Məlikzadə