AZ

Göygöldə baş verən qətllə bağlı TƏFƏRRÜATLAR 

Göygöldə 22 yaşlı qadının əri tərəfində boğularaq  qətlə yetirməsi faktının bəzi təfərruatları məlum olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayevlə həyat yoldaşı, 2002-ci il təvəllüdlü Münəvər Kərimova arasında qısqanclıq zəminində münaqişə yaşanıb. 

Mübahisə zəminində 32 yaşlı kişi arvadını boğaraq öldürüb. Hadisədən sonra C. Mustafayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
3
bizim.media

10Mənbələr