AZ

Azərbaycanın daxili işlər naziri Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşüb

İyunun 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfərdə olan Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Yaxın Şərq ölkəsinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

 

“Report” xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi mətbu orqanı Əmirlik Xəbər Agentliyi (WAM) məlumat yayıb.

 

“Prezident Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu gün Əbu-Dabidə Qəsr Əl-Bəhrdə (Dəniz Qəsri – red.) Azərbaycan Respublikasının daxili işlər naziri Zati-aliləri Vilayət Eyvazovu qəbul edib”, – məlumatda qeyd olunub.

 

Bildirilib ki, Vilayət Eyvazov BƏƏ liderinə Azərbaycan Prezidenti İlham Əliyevin “BƏƏ-yə davamlı çiçəklənmə və tərəqqi, habelə BƏƏ və Azərbaycan arasında münasibətlərin inkişafı” arzularını çatdırıb.

 

Görüşdə “ikitərəfli əlaqələr və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq müzakirə edilib”. 

**09:42


İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

 

DİN-in Mətbuat Xidmətindən Senzor.az-a bildirilib ki, səfər çərçivəsində nazir Vilayət Eyvazovun Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirlikləri Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.

 

Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Seçilən
62
14
senzor.az

10Mənbələr