AZ

Uşaqların travma almaları bu mövsümdə daha çox olur » AzadMedia.az


Uşaqları nə qədər qorusaq da travma almaları qaçılmazdır. Maraqlıdır, uşaqların travma almaları ilin hansı mövsümündə daha çox olur?
Azadmedia.az-ın sualına Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Tofiq Abdullayev cavab olaraq bildirib ki, uşaq travmatizmi və onun qarşısının alınması çox vacib və ciddi məsələdir. Xüsusən də yay fəsilində məktəb tətili dövründə uşaqlar küçədə vaxtlarını sərbəst keçirtməyə imkanları olur və bəzən böyüklərin nəzarətindən kənarda qalırlar. Bu da öz növbəsində həmyaşıdları ilə müxtəlif əyləncəli oyunlar zamanı ağaca və ya hasara yıxılaraq xəsarət almasına səbəb ola bilər. Uşaqlarda küçə travmaları hərəkət qaydalarını bilməmələri və ya riayət etməmələri nəticəsində baş verir. Küçə travmatizminin nəqliyyatla əlaqəli olan və nəqliyyatla əlaqəli olmayan növləri var. Məişət və küçə travmaları uşaq travmatizminin əsas hissəsini təşkil edir. Travmatizmin ən ağır növü isə nəqliyyat travmatizmidir. Uşaqlar yay vaxtı velosiped, rolik, skeytbordinq sürən zaman yıxılıb ətrafların sınığı və başdan (kəllə-beyin travması) zədə ala bilərlər. Uşaqlar skuter sürən zaman başlarına “kaska”, diz və dirsək oynağı nahiyəsində qoruyucu sarğılar, fiksatorlar taxmalıdırlar. Onlar yıxılan zaman həmin nahiyələri travmalardan müəyyən qədər qoruyur.
Seçilən
119
1
azadmedia.az

2Mənbələr