İyunun 9-da çoxdan gözlənilən SERES M9 modelinin təntənəli təqdimat mərasimi keçirilib.
Mərasimdə avtomobil həvəskarları ilə yanaşı, tanınmış simalar, biznes sahəsindən olan nümayəndələr də iştirak edib.
Çıxış edən VOLT GROUP-nun həmtəsisçisi və icraçı direktoru Emin Əsgərov ən son innovativ texnologiyaların vəhdəti olan yeni model haqqında geniş informasiya verib.
Emin Əsgərov artıq Azərbaycanda bir sıra avtomobil brendinin bir çox modelini təqdim etdiyini vurğulayıb: “İlk dəfə Çin istehsalı olan avtomobili Azərbaycana gətirəndə bir çoxları bu addıma skeptik yanaşmışdı. Amma biz elə o vaxtdan Çin avtomobillərində olan potensialı görürdük. İndi isə hər şey göz qabağındandır. Azərbaycan və eləcə də dünya avtomobil bazarına baxanda əlavə sübuta, əlavə şərhə ehtiyac qalmır”.
İcraçı direktor daha sonra göstərdiyi qrafikdə SERES M9-un gözləntiləri tamamilə qarşıladığını əyani formada sübut edib: “Burada siyahıda olan digər brendi, əlbəttə, hər biriniz tanıyırsınız. Amma qeyd etmək istəyirəm ki, Çində SERES M9 bu seqmentin satışında keçən ay birinci yeri tutub. Bunun səbəbini isə avtomobillə tanış olandan sonra biləcəksiniz. Çünki bu avtomobildə olan texnologiylar heç bir avtomobildə yoxdur”.
Çıxışın ardından model mərasim iştirakçılarına təqdim olunub.
VOLT AVTO-nun satış meneceri Kamal Cəfərzadə tərəfindən SERES M9 modeli haqqında iştirakçılara məlumat verilib.
Qeyd olunub ki, 6 nəfərlik yüksək komfortlu salona malik avtomobilin salonunda ikinci və üçüncü sıradakı sərnişinlər üçün ekranla yanaşı, indiyə qədər heç bir avtomobildə analoqu olmayan lazer proyektoru da təchiz edilib. Azərbaycana idxal olunacaq 42 və 52 kVt/saatlıq akkumulyatorla və ya tam elektrik versiyalarında SERES M9 modeli komplektasiyalarından asılı olaraq 496 və 530 at gücünə malikdir.
Təbii dəri interyer, ən qabaqcıl ağıllı sürücülük sistemləri, ən müasir təhlükəsizlik xüsusiyyətləri, müxtəlif yol şəraitində hamar idarəetməni təmin edən adaptiv pnevmatik asqı, ardıcıl hibrid olması kimi xüsusiyyətlər isə sizin komfortunuz və eleqant hiss etməyiniz üçündür.
Avtomobilin 100 km/saat sürəti yığması hibriddə 4,9 saniyəyə, elektrikdə isə 4,3 saniyəyə baş tutur.
Qeyd edək ki, rəsmi idxalçıdan avtomobilə 4 il və ya 100 000 km, batereyaya və elektrik avadanlığa isə 8 il və ya 160 000 km zəmanət verilir.
Sözügedən modelin Azərbaycan üzrə satışı “VOLT GROUP”a məxsusdur və şirkət tərəfindən avtomobilin rəsmi təqdimatının yaxın günlərdə olması planlaşdırılır.
Avtomobil haqqında əlavə məlumat və yarana biləcək digər suallara cavab almaq üçün zəng edin: *0078