Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 1,7 milyard ABŞ dolları profisit yaranıb.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Bundan başqa, o, qeyd edib ki, yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 1,5 milyard ABŞ dolları birbaşa xarici investisiya qoyulub, Azərbaycanın xarici ölkələrə birbaşa investisiya qoyuluşları isə 1,9 milyard ABŞ dolları təşkil edib.