AZ

Orta Dəhlizin konkret çatışmazlıqlarına fokuslanmaq lazımdır - Ceyms Şarp

Orta Dəhlizin səmərəliliyini optimallaşdırmaq üçün onun konkret çatışmazlıqlarına fokuslanmaq lazımdır.

Milli.Az "Xəzər Siyasət Mərkəzi"nə (Caspian Policy Center) istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri, "Xəzər Siyasət Mərkəzi"nin İdarə Heyətinin üzvü Ceyms Şarp Londonda keçirilən Xəzər regionunda bağlantılar üzrə 2-ci konfransda çıxışında deyib.

"Orta Dəhliz vasitəsilə tranzit müddətini azaltmaq istəyirsinizsə, Xəzər limanlarına, çatışmazlıqlara fokuslanmaqla, liman infrastrukturu kimi birləşdirici elementləri, eləcə də, gömrük qaydalarını gözdən keçirməlisiniz", - deyə o vurğulayıb.

Şarp hazırkı yanaşmanın təkcə Orta Dəhlizlə əlaqəli çağırışlara aid olmadığını qeyd edib.

"Söhbət imkanlardan gedir. Burada məhz onlardan danışırıq. Onlar ölkələrin öz aralarında bağlantı yaratmasına, yaxud xarici dünya ilə əlaqə saxlamalarına kömək etmək üçün üçün regional bağlantıları müstəqil şəkildə təşviq etməsi üçün böyük faydalar təmin edir", - deyə o əlavə edib

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
milli.az

10Mənbələr