AZ

Kapital Bank” “Mükəmməl iş yeri” titulunu qorumağa davam edir

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank 2024-cü ildə də “Great Place to Work” sertifikatına layiq görülərək işçi məmnuniyyəti və iş şəraiti üzrə yüksək standartları qoruyub saxladığını bir daha təsdiq edib.“Great Place to Work” (“Mükəmməl iş yeri”) beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.Şirkət tərəfindən aparılan qiymətləndirmələrdə “Kapital Bank” əməkdaşlar tərəfindən “Karyera yüksəlişi imkanları”, “Pozitiv iş mühiti və şirkət mədəniyyəti”, “İş və həyat balansı” kimi bir çox kateqoriyada yüksək dəyərləndirilib.“Kapital Bank”ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva bu mükafata layiq görülməyin qürurverici olduğunu vurğulayaraq bildirib: “Bizim istedadların idarə edilməsi üzrə strategiyamızın əsas məqsədi əməkdaşları peşəkar olaraq yetişdirmək, liderlik bacarıqlarını artırmaq, onları motivasiyada saxlamaq, eyni zamanda şəxsi bacarıqlarının inkişafı üçün rahat mühit yaratmaqdır. Çünki doğru yolun belə olduğuna əminik, istiqaməti dəqiq bilirik. Çox sevinirəm ki, səsləndirdiyimiz fikirlər rəsmi olaraq da öz təsdiqini tapıb. Uğur qazanmaq qədər onu qoruyub saxlamaq da önəmlidir. Mükəmməl iş yeri adını 2-ci dəfə qazanmaq çox qürurvericidir. Bütün uğurlarımız kimi bu uğurumuzun da səbəbkarı olan komandamıza təşəkkür edirəm. Doğru yolda böyük addımlarla irəliləyəcəyimizə inanıram.”Bu sertifikat “Kapital Bank”ın işçi məmnuniyyəti, inkişaf imkanları və iş mühiti üzrə yüksək standartlarını təsdiqləyir və işəgötürən brendi olaraq böyük bir üstünlük yaradır.Məlumata əsasən, ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “https://kapitalbank.az” saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Seçilən
115
31
baku.news

10Mənbələr