AZ

Konqoda qayığın batması nəticəsində 86 nəfər itkin düşüb

Konqo Demokratik Respublikasının Mai-Ndombe əyalətində qayığın batması nəticəsində 86 nəfər itkin düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kva çayı üzərindəki Muşie şəhərindən Lebida qəsəbəsinə doğru hərəkət edən qayıq mühərriki nasaz olduğu üçün sahilə çırpılaraq batıb.

Təxminən 100 nəfərin xilas edildiyi qəzada itkin düşən 86 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür qəzalara gəmilərə texniki qulluq göstərilməməsi və onların imkanlarından artıq yük daşımasının səbəb olduğu bildirilir. Ölkədə kifayət qədər asfalt yol olmadığından nəqliyyat üçün çay və göllərdən istifadə olunur.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
3
e-huquq.az

4Mənbələr