AZ

Yəmən sahillərində qayıq batıb: 38 nəfər ölüb

Yəmən sahillərində qayığın çevrilməsi nəticəsində Afrika Buynuzu ölkələrindən ən azı 38 nəfər ölüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, sağ qalanlar axtarış-xilasetmə qruplarına təxminən 250 nəfərin olduğu qayığın güclü külək nəticəsində batıdığını bildirib.

İtkin düşmüş 100-ə yaxın adamın axtarışları davam edir.

Ədənin şərqindəki Rudumun yerli rəsmiləri bildiriblər ki, gəmidə olanlar əsasən Efiopiyadan olan və Körfəz ölkələrinə getmək üçün Yəməndən tranzit məntəqəsi kimi istifadə edən miqrantlardır.

Rudumun regional direktoru Hadi Əl-Khurma "Reuters" xəbər agentliyinə bildirib ki, qayıq sahilə çatmamış batıb.

Khurma: "Balıqçılar və yerli sakinlər 78 miqrantı xilas edə bilsələr də, onlarla eyni qayıqda olan təxminən 100 nəfər itkin düşüb", - deyib.

BMT-nin məlumatına görə, keçən il Afrika Buynuzu bölgəsindən Yəmənə 97 min miqrant gəlib.

Malik Atilay























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
2
525.az

3Mənbələr