Hollandiya F-16-ların Ukraynaya çatdırılma tarixlərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krallığın müdafiə naziri Kaysa Ollonqren bildirib.
Məlumata görə, Hollandiya bu yay F-16 qırıcılarını Ukraynaya təhvil verməyi planlaşdırır.
Onun sözlərinə görə, infrastruktur və texniki heyətin hazırlanması tərəflərin razılaşdırdığı plana uyğun olaraq aparılır.
Eyni zamanda Ollonqren etiraf edib ki, F-16-lar münaqişənin gedişatını dəyişməyəcək.
Mina Mikayılova