AZ

Bakının 31 küçəsində daha tıxac olmayacaq

Bakının Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər yeni xüsusi hərəkət zolaqları təşkil edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişindaşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir.

Hazırda paytaxtda Şəmsi Bədəlbəyli küçəsi də daxil olmaqla 21 küçə və prospektdə uzunluğu 64,7 km olan xüsusi hərəkət zolaqları təşkil edilib.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə daha 31 küçə və prospektdə bu işlər həyata keçiriləcək.

Yaxın günlərdə daha bir neçə küçəni əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkilinə başlanılacaq.

Avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişin daşınmasına imkan yaradır, marşrutlarda intervalların qorunmasını təmin edir.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, avtobus zolaqlarının ayrılmasından və xüsusi çəkilmiş zolaqların ümumi kilometr olaraq hansı məsafəyə təyin olunmasından asılı olmayaraq, məhz hərəkətin təşkili və təhlükəsizliyinə dair onlara xüsusi nəzarət sistemi tətbiq olunur:

"Yəni avtobus öz zolağı ilə hərəkət edirsə, o istiqamətdə hərəkət edən şəxslərin gediş-gəlişi asanlaşır. Avtobusların orta periodik müddəti azalır, marşrutlar arasında period həddi aşağı düşür. Bu nöqteyi-nəzərdən, avtobus zolaqlarının təşkil olunması, şəbəkə halını alması özlüyündə hərəkətin təşkili və təhlükəsizliyinə töhfə verə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
cebheinfo.az

10Mənbələr