"Sertifikasiya imtahanının sualları çox asan idi".
Bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov bildirib.
Onun sözlərinə görə, imtahan sualları 7-9-cu sinif səviyyəsində suallar olub:
"Bunlar müəllimin bacarığını yox, biliyini yoxlamaq üçün qoyulub. Bu da başadüşüləndir. Çünki birinci sertifikasiyadır. Növbəti sertifikasiyalarda müəllimlərin daha çox bacarıqları yoxlanılacaq”.
Qeyd edək ki, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.