Rusiyanın Türkiyəni Cənubi Qafqazdan çıxarmağa gücü çatmır
Rusiya Cənubi Qafqazdakı siyasi və iqtisadi reallıqları nəzərə alır və Türkiyəni bu bölgədən çıxarmağa gücü çatmır.
Reyting.az xəbər verir ki, bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi direktoru Dmitri Trenin bildirib.
“Rusiya imperiya deyil, biz imperiya dövründən çıxmışıq, Rusiya ilə Türkiyə arasında Cənubi Qafqaz uğrunda mübarizə yoxdur. Rusiyanın Türkiyə ilə münasibətləri çox mürəkkəbdir. Onlar əməkdaşlıq və qarşılıqlı əlaqə elementlərini rəqabət elementləri ilə birləşdirir, xoşbəxtlikdən, hələ düşmənçilik yoxdur”,- deyən D. Trenin əlavə edib ki, Rusiya da Türkiyə kimi düşmənçilikdən qaçmağa çalışır:
“Bu gün Türkiyə ilə bağlı heç kimin illüziyası yoxdur. Amma bu ölkə bu gün Rusiya üçün çox mühüm müttəfiqdir.
Rusiya Qarabağ münaqişəsi ilə bağlı 2020-ci ilin çətin vəziyyətində dördtərəfli deyil, üçtərəfli bəyanata nail olmağa və Rusiya-Türkiyə missiyası çərçivəsində Türkiyənin rəsmi hərbi mövcudluğuna razılıq verməyə çalışıb və buna qismən nail olub. Onda təbii ki, Türkiyəni ləkələmək mümkün idi, bəs Rusiyanın xarici siyasəti bundan nə qazanacaqdı? Başqa cəbhə? Bu gün Rusiya Rusiya İmperiyasının bir vaxtlar Osmanlı İmperiyası ilə münasibətlərində olduğundan daha az resurslara və SSRİ-dən daha az imkana malikdir”.
Dmitri Trenin
Politoloq əlavə edib ki, Rusiya Türkiyənin təsirinin artması ilə razılaşmır və bunu sadəcə, geosiyasi reallıq kimi görür:
“Rusiya Federasiyasının gələcəyi xüsusi hərbi əməliyyatın (Ukraynadakı müharibəni nəzərdə tutur-red.) necə və nə vaxt başa çatacağından asılı olacaq. Əgər Rusiya qələbə qazanarsa, o zaman tamam başqa vəziyyət yaranacaq və başqa istiqamətlərdə çox daha fəal hərəkət edəcək. Türkiyə də bunu bilir, Ukrayna müharibəsi ilə bağlı öz mövqeyini tutub və bu mövqe rusiyayönlü deyil”.
E. KAMAL