AZ

Rusiyanın "hidrogen Aurus avtomobili"- müasir texnologiya, ya ərəb - Afrika ölkələri üçün pul tələsi...

Image

“Hidrogen Aurus Senat”, zirehli limuzin, yolsuzluq avtomobili və motosikletlər Rusiya istehsalçısı  Aurus tərəfindən SPIEF 2024 sərgisində nümayiş etdirilib. Bütün yeni Aurus məhsulları canlı olaraq göstərilib. 

Bildirilir ki,  “Hidrogen Aurus Senat” artıq dördüncü nəsildədir:”Onun elektrik enerjisi istehsal edən Rusiya elektrokimyəvi generatoru var. Hidrogen üçün silindrlər hələ də alınır, lakin onları istehsal edə biləcək iki Rusiya şirkəti artıq seçilib. “ Aurus Senat” ın  yarım metr artırılmış təkər bazası var. Əvvəllər avtomobillər yalnız metr uzunluğunda əlavələrlə təchiz edilmişdi. Rusiya prezidentin də belə bir maşını var. Bu, GON-a göndərilməyə hazır olan, maksimum dərəcədə qorunma və həyatı təmin edən sistemlərə malik tam təchiz olunmuş avtomobildir. Aurus seriyalı versiyada Merlon motosikletini, həmçinin M-72 və K-150 kortejini nümayiş etdirdi. Bundan əlavə, 1954-cü ildə istehsal olunmuş ZIS-115 də nümayiş etdirilib.

Rusiya ərəb ölkələri və Afrikaya avtomobil satmaqla bağlı biznes maraqları var. Sərgidə Rusiya maşınlarının üstün keyfiyyətlərinin nümayişi həqiqi texniki üstünlüklərlə bağlıdır, yoxsa Moskvanın biznes maraqlarının piarıdır?

Araşdırmalarımız göstərir ki, Rusiyanın sözügedən markalı avtomobili kütləvi istehsal üçün nəzərdə tutulmayıb. “Aurus” avtomobili daha çox Putinin istifadə etdiyi marka kimi piar olunub. Rusiya onun kütləvi satışını həyata keçirməyib. Hazırda Rusiya avtomobil bazarı idxaldan asılıdır. 

Rusiya avtomobil bazarına İran, Hindistan və Afrika ölkələrinin avtomobil markaları daxil ola bilər.

Bu barədə Rusiyanın Ticarət və Sənaye Palatası məlumat yayıb.

Rusiya Federasiyasında bu bazardakı əsas oyunçu hələ də Çin avtomobil sənayesidir. Bazar iştirakçılarının fikrincə, 2023-cü ildə Çindən olan avtomobil istehsalçıları Rusiyada Chery, Haval və Geely kimi brendlər də daxil olmaqla yarım milyondan çox avtomobil satıblar.

Rusiya Ticarət və Sənaye Palatasının rəhbəri Serqey Katırin bildirib ki, ümumi satışın təxminən 15%-i ABŞ, Avropa, Yaponiya və Cənubi Koreyadan olan avtomobil istehsalçılarının payına düşür.

Onun sözlərinə görə, hind avtomobil istehsalçıları gələcəkdə Rusiya avtomobil bazarının müəyyən hissəsini qazana bilərlər.

“Tata Motors”un krossoveri ölkənin ən perspektivli modellərindən biri sayılır. İranın “Iran Khodro” sedanlarının paralel idxal vasitəsilə satışı da ötən ildən başlayıb. Mütəxəssislər deyir ki, Afrikadan gələn avtomobillər də Rusiya bazarında görünə bilər.

Rusiyanın lüks avtomobil istehsalçısı "Aurus" daha sərfəli qiymət seqmentində biznes sinif avtomobillərinin yeni seriyasının istehsalına başlamağı hələ düşünür.

Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini - Sənaye və Ticarət Naziri Denis Manturov bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə satışa başlamaq planlaşdırılır:

"Yeri gəlmişkən, “Aurus”-a gəldikdə, deyə bilərəm ki, bu gün artıq kütləvi istehsal olunan lüks modellər - "Senat", "Komendant" və  MPV mikroavtobusu "Arsenal"dır. Biz daha sərfəli və daha kütləvi satış üçün S, həm də E sinfində modellərin istehsalına başlamağı panlaşdırırıq”.

O, həmçinin qeyd edib ki, gələcəkdə xəttin yolsuzluq avtomobili ilə genişləndirilməsi mümkündür.

Rusiya istehsalı olan avtomobillərə dövlət rəsmiləri, dövlət şirkətlərinin nümayəndələri və əvvəllər Qərb brendlərindən avtomobil almış geniş istehlakçılar arasında tələbat olacağı gözlənilir.

Manturov deyib ki,  "Aurus" avtomobillərini kütləvi almaq maraqlı və prestijli olmayacaq. 

2024-cü ilin ortalarına qədər keçmiş “Hyundai” zavodunun yenidən işə salınması planlaşdırılır. Göründüyü kimi, Rusiyanın yerli istehsal markaları heç öz daxili bazarına nüfuz edə bilmir. Belə olan təqdirdə, bu brendlərin xarici bazarda “söz deməsi” absurd görünür.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
250
baki-xeber.com

1Mənbələr