AZ

"Deyək ki, diplomlar mən nazir olanda verilib, bəs..." - Misir Mərdanov

Ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib.Gender.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin təkrar sertifikasiya imtahanında zəif nəticə göstərməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.Sertifikasiya imtahanında aşağı nəticə göstərən müəllimlərin böyük əksəriyyəti 15 ildən daha çox pedaqoji staja sahib olan pedaqoqlar olduğu ilə bağlı məlumatlar yayılıb.Sosial şəbəkədəki müzakirələrdə sertifikasiyadan keçməyən minlərlə müəllimə diplomun sabiq təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun nazir olduğu zaman verildiyi qeyd olunur və əksəriyyət də onu günahlandırır.Məsələ ilə bağlı sabiq nazir Misir Mərdanov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, diplomu məzunlara nazir yox, ali məktəblər verir:“Deyək ki, diplom mənim nazir olduğum vaxtda verilib, bəs o müəllimlər son 11 il ərzində bu biliklə necə işləyiblər? Nəhayət, belə bir fikir söyləmədən əvvəl onu dəqiq əsaslandırmaq lazımdır. Hesab edirəm ki, bu tip fikirlər nazirliyin deyil, ayrı-ayrı şəxslərin fikirləridir”.

Seçilən
151
6
gender.az

7Mənbələr