AZ

Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti dayandırır

Moskva

Moskva Birjası ABŞ dolları və avro ilə ticarəti dayandırır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva Birjası məlumat yayıb.

Bildirilib ki, birja iyunun 13-dən dollar və avro ilə ticarət aparmayacaq.

Moskva Birjası dollar və avro ilə ticarət aparmamasına ABŞ-nin sanksiyalarının səbəb olduğunu açıqlayıb.

Rusiya Mərkəzi Bankından isə bildirilib ki, birjadankənar bazarda dollar və avro ilə əməliyyatlar davam etdiriləcək.

Seçilən
103
8
xalqcebhesi.az

7Mənbələr