AZ

Bakı ilə bu sahədə əməkdaşlığı genişləndirmək istəyirik

Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Asif Məhəmməd Xavaca Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.

Nazir bildirib ki, Pakistan böyük resurslara malik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycana mühüm tərəfdaş kimi baxır.

Asif Məhəmməd Xavaca iki ölkə arasında tarixi, mədəni və dini münasibətlərə əsaslanan qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
5
milli.az

6Mənbələr