Rusiya Hərbi Dəniz Qüvvələrinin Atlantik okeanında keçirdiyi təlimlər ABŞ üçün təhlükə yaratmır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq çıxış edib.
“Biz, əlbəttə ki, buna ciddi yanaşırıq. Lakin bu təlimlər ABŞ üçün təhlükə yaratmır”, – Pentaqon rəsmisi vurğulayıb.
İyunun 11-də məlum olub ki, Rusiya Şimal Donanmasının gəmiləri Atlantik okeanında yüksək dəqiqlikli silahların tətbiqi ilə təlimlər keçirir.