Goranboyda 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.BUTA.TVReport-a istinadən xəbər verir ki, hadisə Nadirkənd kənddində baş verib. Rayon sakini, 2010-cu il təvəllüdlü Aydın Abbas oğlu Abbasovun üzərinə yardımçı tikilidən mişar daşı düşüb. A.Abbasov aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.