AZ

Arvadına sevgi mesajı yazdığına görə boğazına ip bağlayıb kənddə gəzdirdi – Gədəbəydə

Gədəbəydə 26 yaşlı oğlana qarşı alçaldıcı hərəkətlər edən 3 nəfər saxlanılıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb.

Belə ki, iyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib. İlkin məlumata görə, həmin kəndin sakini olan 1998-ci il təvəllüdlü Ü.Qasımov (şərti) həmkəndlisinin həyat yoldaşına sevgi mesajı yazıb.

Bundan sonra qadının həyat yoldaşı, onun qohumu və dostu ilə birgə Ü.Qasımovu tutaraq cəzalandırmaq qərarına gəliblər. Onlar 26 yaşlı oğlanı döyərək başına ip bağlayıblar və kənd ərazisində gəzdiriblər. Daha sonra gənc oğlanı mesaj yazdığı qızın anasının yanına apararaq onun ayaqlarından öpməyə məcbur ediblər.

Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov tutulublar.

Hadisəni törədən S.Ə., T.Ə. və C.H. tutulublar.

Onların barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
konkret.az

5Mənbələr