Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
FHN-dən bildirilib ki, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən ictimai iaşə obyektində baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.