AZ

Cennifer Lopes işçilərinə qəribə qadağa qoyub

Hollivud aktrisası və müğənnisi Cennifer Lopez əməkdaşlarına qəribə tələb irəli sürüb. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, Cennifer Lopez işçilərə onun gözünün içinə düz baxmağı qadağan edib. Müğənninin gəldiyi mağaza, restoran, kazino və otellərin işçiləri də bu qaydaya əməl etməlidir. Üstəlik, aktrisa sürücülərinə arxa görüntü güzgüsündən ona baxmağa icazə vermir.

"Mən "Mohegan Sun Casino"da işləyən insanları tanıyıram. Onlara Cennifer Lopeslə göz təmasından qaçmaq əmri verilib. Onlar hələ də ona gülürlər, çünki o, mehriban olan daha soyuqqanlı insandır", deyə nəşr X (Twitter) istifadəçilərindən birinin sözlərini sitat gətirib.

May ayında Cennifer Lopes və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxıb. Bildirilib ki, aktyor malikanələrindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, qeyd edilib ki, onların ixtilafında sənətçinin heç bir günahı yoxdur. Daha sonra məlumat ortaya çıxıb ki, Ben Afflek Cennifer Lopesin iş qrafikindən razı deyil. İddialara görə, aktyor hətta həyat yoldaşının işçiləri ilə dalaşıb.

Ötən həftə jurnalistlər Cennifer Lopes və Ben Afflekin keçən il 60 milyon dollara aldıqları malikanələrini satmaq üçün rieltor tutduqlarını bildirib. İndi məşhurlar mülk üçün təxminən 65 milyon dollar almaq istəyirlər.

Samir

 

 

Seçilən
346
10
hit.az

10Mənbələr