Polşa məhkəməsi rusiyalı müxalifət lideri Leonid Volkova hücumda şübhəli bilinən ikinci şəxsi Litvaya ekstradisiya etməkdən imtina edib.
Bu barədə Reuters xəbər verir.
Bir həftə əvvəl Varşava birinci şübhəlini Vilnüsə təhvil verməmişdi. Məhkəmə həmin şəxsləri Polşada saxlayıb, çünki onlar Polşa vətəndaşlarıdırlar və vətənlərində qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunurlar.
Apreldə Litva prezidenti Gitanas Nauseda demişdi ki, Vilnüsdə Aleksey Navalnının keçmiş tərəfdaşı Leonid Volkova hücumda şübhəli bilinən iki nəfər Polşada saxlanılıb.
Volkov martın 12-də yaşadığı evin həyətində hücuma məruz qalıb. Hücum edənlər onun avtomobilinin pəncərəsini sındıraraq müxalifətçini çəkiclə döyüblər. Zərərçəkmiş xəstəxanaya aparılıb. Martın 13-nə keçən gecə Volkov özünün Telegram kanalında döyülməsinə münasibət bildirən video yayımlayıb. O, xəstəxanadan evə qayıtdığını bildirib. Volkovun dediyinə görə, "ondan doğramaq istədilər" və qolunu sındırdılar.
Nigar