AZ

Pentaqon artıq Rusiyanın Xarkov bölgəsində böyük irəliləyişdən qorxmur

Birləşmiş Ştatlar hesab edir ki, Xarkov ərazisində cəbhə sabitləşib və artıq Rusiya Silahlı Qüvvələrinin böyük irəliləyişindən qorxmur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Ostin Rusiyanın irəliləyişinin yavaşladığını və bu xüsusi cəbhənin sabitləşdiyini görür. Pentaqonun rəhbəri cəbhə xəttində dalğalanmaların mümkünlüyünü etiraf edib, lakin Rusiyanın irimiqyaslı irəliləyiş təhlükəsini artıq görmədiyini bildirib.

“Bir neçə həftə əvvəl ruslardan əhəmiyyətli bir irəliləyiş görəcəyimizlə bağlı qorxular var idi. Bunun baş verəcəyini düşünmürəm”, – deyə o, yekunlaşdırıb.

Seçilən
172
50
nocomment.az

10Mənbələr