AZ

Dövlət məktəblərində müəllimlərin maaşı ARTACAQ

Yazını böyüt
Yazını kiçilt

İyulun 1-dən Gürcüstanda dövlət məktəbi müəllimlərinin maaşları orta hesabla 500 lari (175 dollar) artacaq.

 

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın elm və təhsil naziri Giorgi Amilaxvari parlamentdə çıxışı zamanı bildirib.

 

O, həmçinin ümumi təhsilin milli məqsədləri haqqında sənəd təqdim edib:

 

“2004-cü ildən bəri ilk dəfə olaraq ümumi təhsilin milli məqsədləri ilə bağlı yeni sənəd təsdiq edilib ki, burada əsas diqqət vətənpərvərlik, milli ruh və özünəməxsusluq, dövlətçilik təfəkkürünün, ailə institutuna hörmət və ümumbəşəri dəyərlərin formalaşdırılması və möhkəmləndirilməsinə yönəlib”.

 

Bundan əlavə, ölkə üzrə 20 məktəbdə proqrama başlanılacaq ki, bu proqram sayəsində məzunlar məktəbdə istədikləri peşəyə yiyələnə biləcəklər.

Seçilən
111
2
hafta.az

10Mənbələr