Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin rəisi polkovnik-leytenant Seymur Qurbanovla bağlı Xalqxeber.az-a ilginc məlumat daxil olub. Həmin məlumatda iddia olunur ki, Seymur Qurbanovun çox ciddi cəncələ düşüb. Belə ki, Seymur Qurbanovun bəzi vətəndaşlardan iş görmək adı altında pullar alıb qaytarmadığı deyilir. Məlumata görə işlərinin həll olunmadığını görən və verdikləri pullarını geri ala bilməyən vətəndaşlar Seymur Qurbanovla bağlı prokrorluq orqanlarına şikayət ediblər. Seymur Qurbanovun baş verənlərin gizli saxlanılması üçün hər vasitəyə əl atdığı bildirilir. Çünki onun bu əməllərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov xəbər tutarsa bu Seymur Qurbanovun sonunu gətirər.Qeyd edək ki, Seymur Qurbanov Hacıqabul, Ağdam və Quba rayonlarında hərbi komisar işləyib. S.Qurbanovun adı ölkə mətbuatına yad isim deyil. Vaxtilə Rusiya vətəndaşı olan şəxsi zorla hərbi xidmətə göndərməsi və çoxsaylı qunsuzluqları ilə bağlı ölkə mətbuatının gündəminə gəlmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta