AZ

Bayramda harada dincələk? - Rayonlarda od tutan qiymətlər

Azərbaycanda 5 günlük bayram tətili yaxınlaşır. Belə ki, Qurtuluş Günü Qurban bayramı ilə əlaqədar 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Tətil günlərində bir çoxumuz rayona üz tutur, dincəlməyə çalışırıq. Lakin rayonlardakı istirahət mərkəzləri, restoranlar, otellər, günlük evlərdə qiymətlər heç də ucuz deyil. Hətta adi günlərlə müqayisədə qiymətlərin daha da artdığı müşahidə olunur.
BUTA.TV xəbər verir ki, turizm eksperti Ceyhun Aşurov Bakupost.az-a açıqlamaslnda bayram günlərində rayonlara səfər edənlərin sayının artdığı üçün qiymət artımının müşahidə olunduğunu bildirib: Onun sözlərinə görə, tələb artdıqca qiymət də qalxır:

"Yüksək qiymətlərdən müəyyən qədər yayınmaq üçün səyahətləri əvvəlcədən planlaşdırmaq, rezervasiyanı öncədən etmək daha əlverişlidir. Bu, yalnız ölkə daxilində deyil, xaricə uçuşlarda da qiymətlərə təsir edir. Səyahətin öncədən planlaşdırılması bir çox xərcləri azaldır. Bundan başqa, hər il regionlarda dincəlmək üçün yeni yerlər açılır. Bunların çox az qismi otellərdir. Böyük əksəriyyəti kənd evləri, villalardır. Hətta sakinlərin özləri evlərini müəyyən standartlara uyğunlaşdıraraq turistlərə təklif edirlər. O zaman qiymətlər daha münasib olur. Biz buna da tələbatın olduğunu görürük. Çünki ailə ilə, qrup şəklində getdikdə oteldə 1 otaqda qalmaq olmur. Ona görə də evlərə üstünlük verirlər”.

Seçilən
117
2
buta.tv

3Mənbələr